İdman

“Ançelottidən daha yaxşısını tapmaq çətindir” – Peres

“Real”ın prezidenti Florentino Peres komandanın baş məşqçisi Karlo Ançelotti haqqında danışıb.

Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, o, 63 yaşlı mütəxəssisin Madrid təmsilçisi üçün ən yaxşı çalışdırıcı olduğunu düşünür:

“O, şübhəsiz ki, “Real” üçün ən yaxşı məşqçidir. Çünki Ançelotti bizi uzun illərdir tanıyır. O, bizim dəyərlərimizi və onları oyunçulara necə aşılayacağını bilir. Bu, Ançelottini mükəmməl məşqçi edir. Ançelottidən daha yaxşı məşqçi tapmaq çətindir”.

Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayından “Real”ı çalışdırır. O, 2013-2015-ci illərdə də bu komandanın baş məşqçisi olub.

Bənzər yazılar

Back to top button