Hadisə

Azərbaycan, Gürcüstan və Türkiyə BTC neft kəmərinin mühafizəsi üzrə təlim keçiriblər

Türkiyədə stratji boru kəmərlərinin mühafizəsi üzrə komanda-qərargah təlimləri keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, “ETERNITY 2022” komanda-qərargah təlimlərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri iştirak ediblər.

“Təlimlərin ssenarisi böhranlı vəziyyətdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizəsini nəzərdə tutan sülhməramlı əməliyyata əsaslanıb”, – öz növbəsində Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Manevrlərdə məqsəd üç ölkənin hüquq-mühafizə orqanlarının və silahlı qüvvələrinin şəxsi heyətinin uyğunluğunu yüksəltməkdir, məlumatda deyilir.

Bənzər yazılar

Back to top button