Cəmiyyət

Rusiyalılar Bakıda yeni yaxta klubu açırlar və yelkənli reqata təşkil edirlər

Noyabrın 11-də Bakıda yeni yaxta klubu Tenzor Sailing Club Baku açılacaq. Klub Dəniz Vağzalında yerləşir.

Yaxta klubunun açılışı 2022/2023 qış mövsümünün ilk yelkənli reqatası – Tenzor International Cup 2022 qrand-finalına həsr olunub.

Noyabrın 10-dan 13-dək Xəzər dənizi akvatoriyasında 15 ən güclü yelkənli komanda yarışacaq. Reqatanın proqramına MX700 yaxtalarında donanma yarışı formatında keçiriləcək bir məşq və üç yarış günü daxildir, Tenzor International Cup 2022-nin məlumatında deyilir.

Tenzor Cup by PROyachting J/70 sinfi üzrə Rusiya Kuboku 2021 statusunda Ümumrusiya Yelkənli İdman Federasiyasının himayəsi altında yelkənli idmanın populyarlaşdırılmasına yönələn layihədir. (Turan)

Bənzər yazılar

Back to top button