Dünya

Dünyanın ən məxfi silahları açıqlandı (FOTO)

“RİA Novosti” geniş ictimaiyyətin sadəcə təsadüf nəticəsində mövcudluğu barədə öyrəndiyi silahların siyahısını hazırlayıb.

Oxu.Az xəbər verir ki, siyahıya çinin beşinci nəsil “Çenqdu J-20” qırıcısı başçılıq edir.

Onun hazırlanması hələ 90-cı illərin sonundan aparılsa da, hökumət rəsmən mövcudluğunu 2009-cu ildə təsdiqləyib. Qırıcının xarici görünüşü ilk dəfə olaraq 2010-cu ilin dekabr ayında bloqların birində çıxıb. 2011-ci ilin yanvar ayında isə rəsmi fotoşəkilləri yayılıb.

İkinci yerdə Rusiyaya aid sualtı qayıq gəlir. Rusiyanın “Status-6” pilotsuz sualtı atom qayığı ilə bağlı layihənin kadrları Rusiya prezidentinin Müdafiə nazirliyi nümayəndələri ilə 2010-cu keçirdiyi iclasda göstərilib. Sonradan “Poseydon” adı verilmiş sualtı-qayıq üzrə işlərin aparıldığını Rusiya lideri 2018-ci ilin mart ayında təsdiqləyib.

Siyahıda üçüncü yerdə gələn ABŞ hərbi dəniz qüvvələrinə aid “Si Şədou IX-529” adlı iki korpuslu gəmi 1985-ci ildə böyük barjanın içində yığılıb. Gəmi gecə vaxtı suya buraxılsa da, yerli qəzetlər onun fotoşəkilini əldə edib. “Si Şədou” rəsmi olaraq 1993-cü ildə geniş ictimaiyyətə təqdim olunub.

Siyahını Cənubi Koreyanın “K2 Black Panther” tankı tamamlayır. Fotoşəkilləri 2000-ci illərin əvvəlində mətbuata yayılıb. 2007-ci ildə isə rəsmi olaraq Cənubi Koreya ordusunun arsenalına daxil edilib.

Bənzər yazılar

Back to top button