Dünya

Rusiyada rəsmən evlənənlərin sayı 6 dəfə artıb

Son 10 gündə Rusiyada evlənənlərin sayı keçən ilin eyni dövrünə nisbətən 4-6 dəfədən çox artıb.

Aztoday.az Rusiya mediasına istinadən xəbər verir ki, regionlarda səfərbərliyə çağırılanlar üçün növbəsiz “ZAQS” qeydiyyatı elan edilib.

Orduya çağrılanlar rəsmi qeydiyyata düşməyə tələsirlər.

Rusiya reqional hakimiyyəti (federal büdcədən də ayrılan vəsait var) Ukraynada həlak olanların ailəsinə 3 milyon rubl ödəyir. Ekspertlər hesab edir ki, son evlilik artımının səbəbi də məhz budur, insanlar düşünür ki, ölsələr, heç olmasa illərdir birgə, amma qeydiyyatsız yaşadıqları xanımları pul ala bilsinlər…

Bənzər yazılar

Back to top button