GündəmHadisə

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbi idarəsinin məlumatını təkzib edib

Azərbaycan Müdafiə Nazirliyi iki ölkə sərhədində erməni əsgərin yaralanması barədə məlumatı təkzib edib.

“Noyabrın 10-da saat 10:30-da Azərbaycan ordusunun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun yaralanması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”, – cümə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunur ki, Azərbaycan ordusunun bölmələri göstərilən istiqamətdə atəş açmayıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 10-da saat 10:30 radələrində iki ölkənin sərhədində yerləşən döyüş mövqeyinə açılan “düşmən atəşi”ndən sıravi əsgər X.P. güllə yarası alıb.

Yaralı hərbçinin vəziyyəti çox ağır qiymətləndirilir, Ermənistan hərbi idarəsi bildirib.

Bənzər yazılar

Back to top button