Cəmiyyət

“Zəfər tarixi” dərsliyinin çap qiyməti açıqlandı

Elm və Təhsil Nazirliyi ilə “Çaşıoğlu Elm-İstehsalat” MMC (VÖEN- 1300069061) arasında 9-cu siniflər üçün “Zəfər tarixi” dərs vəsaitinin çap olunması ilə bağlı müqavilə bağlanıb.

Yeniavaz.com xəbər verir ki, Elm və Təhsil Nazirliyi “Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün “Zəfər tarixi” dərs vəsaitinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması”na dair tender keçirib. Tender Komissiyasının qərarına əsasən qalib “Çaşıoğlu Elm-İstehsalat” MMC olub və həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.

Nazirlik 112 səhifədən ibarət olacaq 154 min 980 ədəd kitab üçün MMC-yə 216 min 916 manat 20 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, bir ədəd kitabın çapı üçün 1 manat 69 qəpik vəsait xərclənəcək.

Bənzər yazılar

Back to top button