Digər

Hər gün 1 kasa qatıq yeməyin inanılmaz faydaları

Bəslənmənin və sağlam qidalanmanın əsası olan qatığı evinizdən əskik etməmək üçün bir çox səbəb var. Məsələn, qatıq ürək xəstəlikləri və osteoporoz riskini azaldır, həmçinin arıqlamağa kömək edir. Qatığın çox faydalı olduğu bütün dünyada məlum faktdır. Xüsusilə qatqısız və şəkərsiz olanlar daha uyğundur.

Qatıq istənilən növ süddən hazırlana bilər. Yağsız süddən hazırlanmış növlər yağsız, tam yağlı süddən hazırlananlar isə tam yağlı sayılır.

ZÜLAL TƏRKİBLİDİR

Qatıq bədəninizin ehtiyac duyduğu demək olar ki, bütün qidaları təmin edir. Xüsusilə kalsium, B vitaminləri və mikroelementlərlə zəngindir. Qatıqda çoxlu miqdarda protein var. Protein iştah və çəki idarə etmək üçün faydalıdır.

HƏZM SİSTEMİNƏ FAYDALAR

Bəzi qatıq növləri şişkinlik, ishal və qəbizlik kimi ümumi mədə-bağırsaq xəstəliklərinin simptomlarını azaltmaqla həzm sağlamlığını artıra bilən probiyotikləri ehtiva edir.

İMMUNİTET SİSTEMİNİ GÜCLƏNDİRİR

Qatıq probiyotikləri, vitaminləri və mineralları təmin edir, bunların hamısı immuniteti gücləndirə və müəyyən xəstəliklərin qarşısını ala bilər.

ÜRƏK ÜÇÜN FAYDALARI

Tərkibindəki yağdan asılı olmayaraq, qatıq HDL (yaxşı) xolesterini artıraraq, qan təzyiqini aşağı salaraq ürək sağlamlığında olduqca faydalıdır.

ARIQLAMAĞA KÖMƏK EDİR

Qatıq doyurucudur, insanı tox saxlayır. Bu da sizin qısa müddətdə çəki verməyinizə kömək edə bilər.

ALLERGİYASI OLANLARIN DİQQƏTİNƏ!

Bəzi insanların südə allergiyası olduğu üçün qatıq qəbulunda diqqətli olmalıdırlar.

Bənzər yazılar

Back to top button