İdman

“Barselona” müqaviləni yeniləməsəydi, 28 yaşımda karyeramı bitirərdim”

Karyerasını başa vuran Jerar Pike yeni açıqlama verib.

Qol.az xəbər verir ki, “Marca”ya danışan futbolçu “Barselona”ya hər zaman sadiq olduğunu deyib:

“Həmişə menecerimə deyirdim ki, “Barselona”dan getməyəcəyəm. Əgər “Barselona” 28-29 yaşımda mənimlə müqaviləni uzatmasaydı, karyeramı bitirərdim. Çünki başqa motivasıyam yox idi”.

Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Pike “Mançester Yunayed” və “Saraqosa”da da oynayıb. O, 2008-ci ildən “Barselona”da çıxış edirdi.

Bənzər yazılar

Back to top button