Dünya

ABŞ FTX zabitlərinə Navalnının zəhərlənməsinə görə sanksiya tətbiq edir

ABŞ cümə axşamı Rusiya FTX-nin 4 əməkdaşına 2020-ci ilin avqustunda müxalifət lideri Aleksey Navalnının zəhərlənməsində iştirak etdiklərinə görə sanksiya tətbiq edib, Bu barədə TURANın Vaşinqton müxbiri xəbər verir.

Dövlət Departamentinin məlumatına görə, hər dördü – Aleksey Aleksandrov, Konstantin Kudryavtsev, İvan Osipov və Vladimir Panyayev Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olub.

“Bugünkü hərəkətlər beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının pozulmasının fəsadlar gətirdiyini xatırladır. Birləşmiş Ştatlar bu cür amansız əməllərə görə məsuliyyətə cəlb etmək üçün əlində olan səlahiyyətlərdən istifadə etməyə davam edəcək”, – mətbuat katibi Metyu Millerin bəyanatında deyilir.

ABŞ Maliyyə Departamenti ayrıca bəyanatda bildirib ki, sanksiyaya məruz qalan dörd nəfərdən üçünün Sovet dövründə ixtisaslaşmış laboratoriya kimi yaradılmış FTX Məhkəmə Ekspertizası İnstitutu ilə əlaqəlidir.

Navalnının zəhərlənməsinin iki əsas günahkarının Aleksandrov və Osipovun olduğu iddia edilirdi, Panyayev isə hücumdan əvvəl Navalnını təqib edirdi. Kudryavtsev zəhərlənmədə iştirak edən qrupun tərkibində olub və əməliyyatda iştirak etdiyini sonradan etiraf edib.

“2020-ci ildə Aleksey Navalnıya qarşı sui-qəsd cəhdi Kremlin insan haqlarına etinasızlığını göstərir və biz Kremlin cəlladlarını məsuliyyətə cəlb etmək üçün əlimizdə olan səlahiyyətdən istifadə etməyə davam edəcəyik”, – deyə maliyyə nazirinin müavini Brayan Nelson bildirib. .

“Bu gün biz Vladimir Putinə və onun rejiminə xatırladırıq ki, təkcə Ukraynaya qarşı qəddar və əsassız müharibənin deyil, həm də Rusiya xalqının insan haqlarının pozulmasının nəticələri var”.

Bənzər yazılar

Back to top button