Sağlamlıq

Yod kəskin bahalaşıb – Video

Yodun qiyməti kəskin bahalaşıb.

AzToday.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, əvvəllər istənilən aptekdən asanlıqla tapılan yodu indi əldə etmək müşkülə çevrilib. Qiyməti 3 dəfə artıb. Baxmayaraq ki, nə qablaşdırması, nə çəkisi, nə də tərkibi dəyişib.

Əcazçılar həm qiymətin artmasını, həm də satışa az sayda gəldiyini bildirirlər.

Qeyd edək ki, Tarif Şurasının 26 oktyabrda keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin siyahıda yod da əlavə olunub. Bu siyahıda bir neçə ölkə istehsalı olan yod var. Ancaq hazırda apteklərdə satışda olan əsasən Rusiyanın Yaroslav əczaçılıq fabrikinin 5 faizli, 10 ml olan məhsuludur.

Daha ətrasflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

Back to top button