GündəmHadisəManşet

“Aprel döyüşlərində 4 post almışdıq, Hikmət Həsənov dedi ki, çıxın” – Video

“Məni Şıxarxda 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovun yanına gətirdilər. Orda Qiyas Abbasov, Teymur Məmmədov, Babək Səmidli, Firdovsi Bəyov, Fuad Ağayev, Anar Cavadov, kapitan Abdullayev də var idi. Ayaq üstə durmağa hal yox idi. Məni Sənan Maşıyev və Cabir Qəhrəmanov tutmuşdu. Hikmət Həsənov dedi ki, sənə kim dedi ki, ermənini öldür? Dedim ki, bizim düşmənimizdirlər. Elə deyəndən sonra, Maşıyev qolumu buraxdı, Qəhrəmanov məni döyməyə başladı. Hikmət Həsənov dedi ki, bunu aparın, başa salın. Hələ heç nəyi boynuna almır”.

Yeniavaz.com xəbər verir ki, bunu “AzerFreedom TV”yə 2017-ci ildə Tərtər hadisələri zamanı işgəncə görən rayonun Qapanlı kənd sakini Allahverdiyev Anar Şahin oğlu deyib.

O, H.Həsənovla bağlı bəzi digər iddialar da səsləndirib:

“2016-cı ildə Aprel döyüşlərində biz Şotlanlı istiqamətində erməni postuna girmişdik. Hikmət Həsənov, Qiyas Abbasov bizə nə qüvvə, nə də sursat göndərdi. Hikmət Həsənov radiostansiya ilə əlaqəyə çıxıb dedi ki, necə girmisiniz, elə də çıxın. Biz Şotlanlı kəndində 4 post almışdıq. Torpaq bizim ola-ola, Hikmət Həsənov bizi ordan çıxartdırdı”.
Məlumat üçün bildirək ki, 28 dekabr 2014-cü ildən Silahlı Qüvvələrin ən strateji 1-ci Ordu Korpusunun komandiri olan Hikmət Həsənov 3 avqust 2021-ci ildə vəzifəsindən azad edilərək Hərbi Akademiyanın rəis müavini təyin olunub.
Qeyd edək ki, 2017-ci ilin may ayında Azərbaycanda bəzi hərbçilər kütləvi şəkildə həbs edilərək inşgəncələrə məruz qalıblar. Tərtər rayonunun administrativ binasında baş verən bu prosesdə hərbçilərdən Ermənistanın xeyrinə casusluqla məşğul olmalarıyla bağlı etiraf tələb edilib, onlara işgəncələr verilib. Bu proses sonralar mətbuatda və ictimaiyyətdə “Tərtər işi” adı ilə məşhurlaşıb. Hazırda sözügedən hadisələr zamanı hərbçilərə işgəncələrin verilməsi ilə bağlı istintaq davam edir.

Bənzər yazılar

Back to top button