Cəmiyyət

Payız tətili noyabrın 16-dan 20-nə qədər olacaq

Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Bu barədə Elm və Təhsil Nazriliyninin noyabrın 11-də yaydığı məlumatda deuilir.

Məlumata görə, bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Bənzər yazılar

Back to top button