Hadisə

Məhkəmə jurnalist Cəmil Məmmədliyə qarşı şikayəti icraata götürməkdən imtina etdi

Bu gün Xaçmaz rayon Məhkəməsi tanınmış jurnalist Cəmil Məmmədlinin böhtan və təhqirə görə azadlqıdan məhrum edilməsi tələb olunan xüsusi ittiham qaydasında şikayəti icraata götürməkdən imtina etdi.

C.Məmmədlidən Xaşmazdakı ticarət mərkəzlərindən birinin qətlə yetirilmiş keçmiş sahibinin övladları Cavid, Fuad, Gülnarə və Kəmalə Həbibovlar xüsui ittiham qaydasında şikayət etmişdilər. Xüsusi ittihamçılar jurnalsitlə aralarında olan şəxsi söhbətlərdə onlara münasibətdə böhtan və təhqirə yol verdiyini iddia edirdilər. Jurnalistin etirazını nəzərə alan Xaçmaz rayon Məhkəməsinin hakimi Vüsalə Qasımova şikayəti icraata götürməkdən imtina etdi.(Turan)

Bənzər yazılar

Back to top button