İdman

Neymar DÇ-2022-nin əvvəlki mundiallardan üstünlüyünü açıqlayıb

Braziliya millisinin hücumçusu Neymar Qətərdə keçiriləcək fubol üzrə dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb.

“Report” xəbər verir ki, onun sözlərini “101 Great Goals” nəşri yayıb.

“Bu dünya çempionatına hazırlıq həmişəkindən daha yaxşı gedir, çünki o, mövsümün ortasında oyunçuların ən yaxşı vəziyyətdə olduqları vaxt keçirilir. Oyunçular mövsümün sonunadək yorğun ola bilər, ona görə də bu dünya çempionatının səviyyəsinin çox yüksək olacağını düşünürəm”, – Neymar deyib.

Qeyd edək ki, Qətərdə futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda keçiriləcək. Final qarşılaşması “Milli Stadion”da baş tutacaq.

Braziliya qrup mərhələsində Kamerun, Serbiya və İsveçrə ilə qarşılaşacaq. Braziliya futbolçuları sonuncu dəfə 2002-ci ildə dünya çempionu olublar. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Braziliya yığması turniri 1/4 final mərhələsində tərk edib.

Bənzər yazılar

Back to top button