Siyasət

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Noyabrın 12-də Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı hərbi attaşesi Kayl Metyu Koun ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button