İqtisadiyyat

64 milyon manatlıq tenderlər qazanan «diribaş» şirkət – NÖVBƏTİ «TENDER ÇEMPİONU» – SİYAHI MƏBLƏĞLƏR

Azərbaycanda dövlət satınalmaları sahəsində daha bir «tender çempionu» aşkar edilib.

Fed.az xəbər verir ki, bu – “Protean Construction” ASC-dir (VÖEN: 9900062801).

Sözügedən şirkət dövlət satınalmalarında 3 ildir ki, iştirak edir və bu dövrdə qalib gəldiyi 10 tenderlə 64,3 milyon manatlıq sifariş əldə etməyi bacarıb.

Xatırladaq ki, “Protean Construction” ASC 20 ilin şirkətidir, 7 yanvar 2001-ci ildə yaradılıb, reyestrdə sonuncu dəfə 2020-ci ilin 17 iyulunda çıxarış alınıb. Şirkətin hüquqi ünvanı AZ1026, Bakı Şəhəri Xətai Rayonu, Kazımağa Kərimov, ev 236-da yerləşir. Nizamnamə kapitalı 160 672 manat, Qanuni təmsilçisi isə Təhməzov Məhəmməd Ağca oğludur.

2019-cu ildə “Protean Construction” ASC «Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyi ilə işləyib – bu qurumdan ümumi məbləği 5,8 milyon manat olan 2 tenler qazanıb. 2021-ci ildən «Azərsu» ilə əlaqələr qurulub və şirkət ölkənin su xidmətləri operatorundan mütəmadi olaraq iri tenderlər udmağa başlayıb.

2021-ci və hələ başa çatmayan 2022-ci illər ərzində “Protean Construction” ASC «Azərsu» ASC-dən ümumilikdə 58,5 milyon manatlıq tenderlər qazanıb. “Protean Construction” ASC iri tenderlərlə işləyir, indiyədək onun ən kiçik tenderi 800 min manat olub, daha sonra isə bütün tenderlər milyonluq məbləğlə ölçülüb. Ən böyük tender də «Azərsu»dan udulub – 13,1 milyon manat.

“Protean Construction” ASC (9900062801)
s/n Tender elan edən təşkilatın adı Lotun adı Məbləğ

(manat)

Tarix
1 “AZƏRSU” ASC “Regionlarda kənd yaşayış məntəqələrində su təchizatı sisteminin tikintisi” layihəsi çərçivəsində “Şabran, Gədəbəy və Şəmkir rayonlarının bir sıra kəndlərinin içməli su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması 9 119 847 10.11.2022
2 “AZƏRSU” ASC Neftçala rayonunun Kür çayı boyu yerləşən kəndlərinin su təminatının yaxşılaşdırılması işlərinin satın alınması 13 100 161 08.09.2022
3 “AZƏRSU” ASC Qala və Mərdəkan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması 9 020 554 24.06.2022
4 “AZƏRSU” ASC Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması 12 901 025 22.06.2022
5 “AZƏRSU” ASC Azərbaycan Respublikasının dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Şuşa şəhərinin içməli su təchizatında sabitliyin təmin olunması üçün mövcud qurğuların əsaslı təmiri” işlərinin satın alınması 8 631 265 05.08.2021
6 “AZƏRSU” ASC Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 1752 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 02 iyul tarixli 2138 nömrəli Sərəncamının icrası məqsədilə “Ceyranbatan gölünün şimal şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması (I mərhələ)” işlərinin satın alınması 3 891 680 05.01.2021
7 “AZƏRSU” ASC “Binəqədi qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” 987 000 30.10.2019
8 “AZƏRSU” ASC “Biləcəri qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” 789 600 30.10.2019
9 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax (12 km)-Xocasən qəsəbəsi avtomobil yolunun əsaslı təmiri işlərinin satın alınması 2 800 000 19.04.2019
10 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hövsan qəsəbəsi ilə Zeytun sovxozunu birləşdirən avtomobil yolunun əsaslı təmiri işlərinin satın alınması 3 000 000 19.04.2019

Bənzər yazılar

Back to top button