Hadisə

‘MTN işi”ndə Azay Quliyevin də adı hallandı – ŞOK İDDİA

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin adı da ”MTN işi”ndə hallanır. Criminal.az-a daxil olan məlumatda deyilir ki, Yüksək Texnologiyalar Nazirliyi kimi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da MTN-nin maliyyə paliqonuna çevrilib.

Məlumatda deyilir ki, Şura yaradılarkən MTN-nin əməkdaşı Azər Rəhimovun üçün orada xüsusi vəzifə açılmış və ona ayrıca otaq ayrılıb. Şuranın sədri Azay Quliyevlə əlbir olan bu şəxs hər bir qrant müsabiqəsində küllü miqdarda vəsaiti MTN rəhbərliyinə ötürüblər. Belə ki, onlar hər bir qrant müsabiqəsində özlərinə aid olan xeyli sayda təşkilatlara maliyyə ayırıb, yarısını özlərinə, digər yarısını isə cəmləşdirərək MTN rəhbərliyinə ötürüblər. Rabitə Nazirliyində baş verən olaydan bərk qorxuya düşən Azay Quliyevin 1 həftə öncəki tarixlə MTN-nin polkovnik leytenantı Azər Rəhimovu Şuradakı vəzifəsindən azad etməsi deməyə əsas verir ki, Şura MTN-nin paliqonuna çevrilibmiş.

Şuranın qrant vəsaiti ayırdığı təşkilatların adlarına və onların maliyyə aldıqları layihələrə diqqət yetirəndə görünür ki, həmin layihələrin heç biri real icra olunmaq üçün deyil. Onlar çox asanlıqla sənədləşdirilib, pulunun silinməsi mümkün olan işlərdir.

Məsələn: Quba Kənd Təsərrüfatına Dəstək İctimai Birliyi Gəncə şəhərində vətənpərvərlik təlimləri keçmək üçün Şuradan qrant alır. Əgər Azay Quliyev dediyi qədər şəffaflığı təmin edirsə, Qubada kənd təsərrüfatı ilə məşğul olan təşkilata Gəncədə vətənpərvlik təlimləri keçirməyə necə imkan verib? Həqiqətən də bir tərəfdən MTN-nin Şuranı öz maliyyə paliqonuna çevirməsi, digər tərəfdən də Azay Quliyevin bütün bunlara göz yumaraq öz QHT imperiyasını yaratması ölkədə QHT sektorunu çokdürüb.

Sadalayacaqlarımız faktları yoxlaya və özünüz qərar verə bilərsiniz ki, Azərbaycanda QHT sektoru Şuranın dəstəyi ilə məhvə doğru sürüklənir:

-600-dən çox QHT-ni özündə birləşdirən Milli QHT Forumuna Azay Quliyevin bibisi oğlu Rauf Zeyninin rəhbərlik etməsi;

-5 regional QHT Resurs Mərkəzlərinin (Şirvan, Qəbələ, Şəmkir, Quba və Mingəçevir) rəhbərlərinin Azay Quliyev tərəfindən idarə olunması və onlar vasitəsilə həmin regionda olan QHT-lərə ayrılan pulların toplanması; Xarici donorlardan ayrılan maliyyə vəsaitlərinin Şura vasitəsilə adları qeyd olunan Resurs Mərkəzlərinə yönəldilməsi (Kimoneks, Counterpart və SEDA);

-Şuranın əməkdaşlarının 70 faizinin Azay Quliyevin qohumlarından ibarət olması; Şuranın icraçı direktorunun Azay Quliyevin bacısının həyat yoldaşı, baş mühasibin isə baldızının həyat yoldaşı olması;

-Şuranın nəzdində fəaliyyət göstərən QHT Nəşriyyatının direktorunun Azay Quliyevin qayınatası Ramil Süleymanovun olması;

-Şuradan qrant alan QHT-lərin bütün çap işlərinin məcburi şəkildə QHT Nəşriyyatında etdirilməsi;

-Şuranın bütün texniki avadanlıqlarını satan və xidmətlər göstərən müxtəlif adlı şirkətlərin Azay Quliyevin dayısı oğlu İlham Bayramova məxsus olması;

-Şuranın QHT-lərə ayrılan 2,5 milyonluq qrant məbləğindən başqa, yerdə qalan 3-4 milyon vəsaitin Şuranın tədbirləri adı altında silinməsi;

-Şuradan qrant alan QHT rəhbərlərinin Azay Quliyevin Milli Məclisə keçirilən seçkilərindən məcburi şəkildə cəlb edilməsi və s.

Bənzər yazılar

Back to top button