İdman

Dünyanın ən varlı səkkizinci adamı “Liverpul”u ala bilər

Hindistanlı milyarder Mukeş Ambani “Liverpul”u ala bilər.

Qol.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Ambani dünyanın ən varlı səkkizinci adamıdır. Onun sərvətinin 102 milyard avro olduğu bildirilir. Ambani artıq klubla bağlı sorğular aparıb. Bildirilib ki, o, bu idmanın böyük pərəstişkarıdır və klubun hazırkı sahiblərinin tələb etdiyi qiymətdən yayınmır.

Daha əvvəl Dubaydan olan investorların “Liverpul”u almaq istədiyi iddia edilirdi.

Xatırladaq ki, “Fenway Sports Group”un rəhbəri və “Liverpul”un sahibi Con Henri klubu 4,6 milyar avroya satmağa hazır olduğunu deyib.

Bənzər yazılar

Back to top button