Hadisə

Nəsir Əhmədli vəfat etdi

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib.

Yeniavaz.com xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, N. Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində dünyaya gəlib. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub. 2010-cu ildən Azərbaycanın əməkdar jurnalisti idi.

Bənzər yazılar

Back to top button