DünyaGündəm

İstanbulda bombanı hadisə yerinə qoyan qadın tutuldu – Fotolar

Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünən İstanbulda baş verən partlayışla bağlı açıqlama verib.

Yeniavaz.com xəbər verir ki, partlayış zamanı 3 ailədən 6 nəfərin həyatını itirdiyini, 81 nəfərin isə yaralandığını bildirən Süleyman Soylu, bombanı hadisə yerinə qoyan şəxsin saxlanıldığını deyib.

“Hadisəni törədən və bombanı qoyan şəxs İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb. Bundan əvvəl hadisə ilə bağlı daha 21 nəfər saxlanılmışdı. Əldə etdiyimiz məlumatlar əsasında sifarişçinin PKK/PYD terror təşkilatı olduğunu düşünürük”.

Soylu yaralıların vəziyyəti ilə bağlı da danışıb:

“81 yaralımız var idi. 50 yaralımız artıq evə buraxılıb. Yaralılarımızdan 5-i reanimasiyadadır. 2 yaralımızın da vəziyyəti ağırdır”.

Qeyd edək ki, artıq Türkiyə mətbuatında bombanı hadisə yerinə qoyub qaçan qadının fotoları yayılıb.

Bənzər yazılar

Back to top button