Bizim seçimGündəm

Beynəlxalq təhsil eksperti: “Azərbaycan təhsilində təkmilləşməyə ehtiyac var”

“Azərbaycan əsas diqqəti təhsilin keyfiyyətinin və bütün səviyyələrdə müəllimlərin kompetensiyalarının inkişaf etdirilməsi üzərinə cəmləşdirməlidir”.

Kolumbiya Universitetinin professoru Amra Sabic-El-Rayess Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci İllik Konfransının iştirakçılarına müraciətində bildirib. Onun sözlərinə görə, hazırda qəbul imtahanlarında ilk sıralarda yer alanların üçdə biri özəl məktəbləri bitirənlərdir:

“Bu, onu göstərir ki, dövlət təhsilində təkmilləşməyə hələ də ehtiyac var. Ümumiyyətlə, məktəb şagirdləri təcrübi və analitik bacarıqlar tələb edən açıq tipli test suallarında aşağı nəticə göstərir. 1-5 yaş arası uşaqların isə üçdə bir hissəsindən azı məktəbəqədər təhsilə cəlb olunur və təəssüf ki, həmin uşaqlarda da məktəbəqədər təhsilin müsbət, uzunmuddətli və artan təsirləri görünmür. Lakin aparılmış hərtərəfli tədqiqat göstərir ki, məktəbəqədər təhsil bunu etməyə qadirdir”.(apa)

Bənzər yazılar

Back to top button