İdman

Mahir Emrelidən gözəl qollar və qələbə paylaşımı: “Qürurluyam”

Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Xorvatiya çempionatında “Riyeka”nı məğlub etdikləri oyundan sonra sosial şəbəkə hesabında paylaşım edib.

Qol.az xəbər verir ki, 7:2 hesabıyla başa çatan görüşdə dubl edən millimizin hücumçusu İnstaqramda bunları yazıb:

“Bu komandanın bir parçası olduğum üçün qürurluyam. Komanda yoldaşlarıma təşəkkür edirəm”.

Xatırladaq ki, ötən gün keçirilən oyunda Emreli 72-ci dəqiqədə meydana çıxıb və elə həmin dəqiqə hesabı artırıb. Digər qolu isə 85-ci dəqiqədə vurub.

Bənzər yazılar

Back to top button