Hadisə

Tovuz istiqamətində gərginlik artır: Əlibəyli atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Bu barədə AzToday.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Bənzər yazılar

Back to top button