Siyasət

“Naxçıvanda ciddi əməliyyata hazırlıq gedir” – Video

“Əgər Naxçıvanda Vasif Talıbovdan icazəsiz çayxana, obyekt belə açılmırsa, bunun icazəsi olmadan belə əməllərdə kimlərinsə iştirak etməsi mümkün deyil”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli Müsavat TV-nin efirində Naxçıvanda baş verən son proseslərə münasibət bildirərkən deyib.

“Bu, o cümlədən gömrüyə də aiddir. Gömrükdə də səhv etmirəmsə 132 milyon manat idi (mənimsəmə – red.). Gömrükdə bu qədər vəsaitin mənimsənilməsi, bu, 5-10 manat deyil. Söhbət milyonlardan gedirsə, deməli, bu artıq həmin bölgənin rəhbərində ən azından siyasi məsuliyyət yaradır. Tutaq ki, V.Talıbovun bu işlərdən xəbəri olmayıb. Amma bu, siyasi məsuliyyət ki yaradır. Hüquqi prosedurları, cinayətin araşdırılmasını kənara qoysaq, ən azından istefa verilməlidir. Deməli, bunlar açıqlanırsa, ictimai müzakirələrə çıxarılırsa, rəsmi televiziyalar bu haqda danışırsa, rəsmi, dövlətə, hökumətə yaxın mətbuat bu barədə yazırsa, bu artıq ondan xəbər verir ki, hansısa bir ciddi əməliyyata, ən azından hansısa ciddi bir addımlara hazırlıq gedir”.

Bənzər yazılar

Back to top button