İdman

Ronaldo “ağzını açıb gözünü yumdu”: “Erik Ten Haqa hörmət etmirəm…”

Kriştiano Ronaldo “Mançester Yunayted”dəki vəziyyəti ilə bağlı səssizliyini pozub.

Qaynarinfo xəbər verir ki, komandadan göndəriləcəyi deyilən Ronaldo qalmaqallı açıqlamaları ilə diqqət çəkib. Baş məşqçi Erik Ten Haqdan tutmuş, idman direktoru Ralf Ranqnikə qədər tənqidi ifadələr işlədən Ronaldo futbol dünyasını təəccübləndirib.

“Piers Morgan”a açıqlama verən ulduz futbolçu Erik ten Haqa hörmət etmədiyini, Niderlanddan olan məşqçinin onu hələ mövsümün əvvəlində komandadan göndərmək istədiyini deyib. “Tottenhem”lə qarşılaşmada 37 yaşlı futbolçu oyuna daxil olmaqdan imtina etdiyi üçün heyətdən çıxarılıb.

“Mən Erik ten Haqa hörmət etmirəm, çünki o, mənə hörmət göstərmir” – deyən Ronaldonun digər açıqlamaları belədir:

“Mançester Yunayted”də tək menecer yox, daha iki-üç yüksək vəzifəli şəxs məni klubdan ayrılmağa məcbur edir. Bunu deməməliydim. Amma insanlar həqiqəti dinləməlidir. Özümü xəyanətə məruz qalmış kimi hiss etdim. Bilirəm ki, bəziləri məni keçən mövsümdən burada istəmir. Ralf Ranqnikin adını daha əvvəl eşitməmişdim. Başa düşə bilmirəm ki, o, baş məşqçi deyilsə, “Mançester Yunayted”də necə işə götürülüb. Mən ürəyimin arxasınca getdim. Ferqüson “Mançester Siti”yə getməyin mümkün deyil” – dedi. Mən də razılaşdım. Ser Aleks gedəndən sonra klubda heç bir irəliləyiş görmədim. Heç nə dəyişməyib. Hovuz, cakuzi idman zalı… Sıfır irəliləyiş, hər şey olduğu kimi qalır. Ferqüson klubun düzgün yolda olmadığını hamıdan yaxşı bilir. Onu görməyən insanlar kordurlar, çünki görmək istəmrlər. Məncə, azarkeşlər həqiqəti bilməlidirlər. Klub üçün ən yaxşısını istəyirəm. Ona görə də “Mançester Yunayted”ə gəldim. Ancaq “Mançester Siti”, “Liverpul” və hətta indi “Arsenal” kimi bizim zirvəyə qalxmağımıza mane olan rəqiblər var. Pikassonun dediyi kimi, onu yenidən qurnaq üçün əvvəlcə məhv etmək lazımdır. Əgər buna mənimlə başlayacaqlarsa, yaxşıdır. “Mançester Yunayted”i, onun azarkeşlərini sevirəm. Onlar hər zaman yanımdadırlar. Amma bunu başqa cür etmək istəyirlərsə… Çox şeyi dəyişdirməlidirlər”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button