İdman

Mahir Emrəli “Dinamo”dan gedirmi? – Özü açıqladı

Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli icarə əsasında başqa kluba keçmək istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Millimizin üzvü Qol.az-a müsahibəsində deyib ki, qarşıdakı günlərdə nəsə ola bilər, ancaq bu, klubun verəcəyi qərardır:

“Bu, klubla müzakirə edəcəyimiz mövzulardır. Klubun nə düşündüyü, hansı qərarı verəcəyi də var. Reallıq budur ki, mən “Dinamo”nun futbolçusuyam. Əlbəttə ki, menecerlər də öz işlərini görürlər. Bu, hər transfer pəncərəsində olduğu kimi normaldır. Qarşıdakı günlələrdə bəlkə nəsə ola bilər, bəlkə də olmaz. Bu, ilk növbədə “Dinamo” Zaqrebin verəcəyi qərardır”.

Son vaxtlar Xorvatiya klubunda meydanan az çıxan hücumçu bundan narahat olduğunu da bildirib:

“Mən burada hər şeydən – komanda ab-havasından, yaşayışdan, şəraitdən razıyam. Amma futbolçu üçün oynamaq vacib amildir. Burada nə qədər şans qazanıb-qazanmamaq məsələsi var. Bu da dediyim kimi, baş məşqçinin və “Dinamo”nun verəcəyi qərardır. Məni narahat edən məqam sadəcə az oynamağımdır. Məncə, bu, hər futbolçunu narahat edir və etməlidir. Mən baş məşqçini, ümumiyyətlə, heç kimi günahlandırmıram. Bu, səhv anlaşılmasın. Çünki məşqçinin qərarlarına hörmətim sonsuzdur. Amma düşünürəm ki, mənə indi daha çox oynayıb, daha çox inkişaf etmək lazımdır”.

Xatırladaq ki, Mahir Emreli dünən Xorvatiya çempionatının 17-ci turunda “Riyeka”ya 7:2 hesabı ilə qalib gəldikləri oyunda 72-ci dəqiqədə meydana girib və matçda dubl edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button