Siyasət
İran Azərbaycana etiraz notası verdi

Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
İran mətbuatı xəbər verir ki, bu barədə noyabrın 14-də jurnalistlərə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kanaani Çafi məlumat verib.
Onun sözlərinə görə, etiraz notası Azərbaycan vətəndaşlarının İranda “cinayətkar fəaliyyəti” ilə bağlı verilib. O, səfirə iddiaları təsdiqləyən dəlil və sübutların təqdim edildiyini bildirib.
Bu gün həmçinin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İrana informasiya ötürdüyü iddia edilən “casus şəbəkəsi”ni üzə çıxardığını bəyan edib. Bu iş üzrə 5 nəfər həbs edilib.(Toplum.tv)