Siyasət

Azərbaycanın müdafiə nazirilə Gürcüstanın baş nazirinin görüşü

Noyabrın 14-də Tbilisidə Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstanın baş naziri İrakli Qaribaşvililə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin, o cümlədən iki ölkə liderinin şəxsi əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edilib.

Tərəflər regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd ediblər, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər”, – məlumatda deyilir.

Bənzər yazılar

Back to top button