Siyasət

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İrəvana yeni təkliflər gətiribmi?

Noyabrın 14-də ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçirib.

Ermənistan Xarici İşlər Nazirliyinin mesajında ​​deyildiyi kimi, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, eləcə də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələləri müzakirə ediblər.

Həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin oktyabrın 31-də Soçidə keçirilmiş son üçtərəfli görüşünə və qəbul olunmuş birgə bəyanata toxunublar.

Ararat Mirzoyan güc tətbiq etməkdən və hədələməkdən çəkinməyin vacibliyini vurğulayıb. O, Azərbaycanı “regionda sabit və uzunmüddətli sülhün bərqərar olmasına mane olan aqressiv davranışda və maksimalist istəklərdə” ittiham edib.

Mirzoyan və Xovayev həmçinin Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və regionda nəqliyyat infrastrukturunun açılması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”.

Həmin gün baş nazir Nikol Paşinyan da Xovayevi qəbul edib. Görüş zamanı Paşinyan bəyan edib ki, Ermənistan avqustda Rusiyanın təqdim etdiyi təklifləri dəstəkləyir və bu təkliflər Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə gələcək danışıqlar üçün əsas ola bilər.

Xovayevin səfərinin sonrakı proqramı barədə məlumat verilmir. Onun Bakıya da gəlib-gəlməyəcəyi bəlli deyil.

Bundan əvvəl erməni tərəfi bildirmişdi ki, sülh sazişin “rus variantını” məhz Xovayev hazırlayıb. Onun əsas məqamı tərəflərin Qarabağın statusu məsələsinin gələcəyə saxlayıb sülhə nail olmaq idi.

Bu dəfə Xovayev regiona nə ilə gəldiyi hələ aydın deyil. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, əvvəl əldə edilmiş razılaşmaları pozmaqa və vəziyyəti növbəti dəfə gərginləşməsinin qarşısının alınması əsas məsələdir.

Bənzər yazılar

Back to top button