Dünya

BMT-də Rusiya ilə bağlı qətnamə: Türkiyə və Gürcüstan dəstəklədi, Azərbaycan isə…

94 ölkə qətnamənin lehinə səs verib

Noyabrın 14-də BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya təcavüzü və cinayətlərinə görə təzminat ödəməsinə dair qətnamə layihəsi səsverməyə çıxarılıb.

94 ölkənin lehinə səs verdiyi qətnamə qəbul edilib.

73 ölkə bitərəf qalıb.

Azərbaycan nümayəndə heyətinin səsverməyə qatılmadığı məlum olub.

Ermənistan bitərəf, İran əleyhinə, Türkiyə və Gürcüstan isə lehinə səs verib.

Ümumilikdə, 14 ölkə qətnaməni dəstəkləməyib.

Onların arasında Belarus, Mərkəzi Afrika Respublikası, Çin, Kuba, Şimali Koreya, Eritreya, Efiopiya, İran, Mali, Nikaraqua, Rusiya, Suriya və Zimbabve var.

2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başladığı işğalçılıq müharibəsi nəticəsində artıq fəlakətli itkilərin olduğu deyilir.

Bu ilin sentyabrın əvvəlində Ukrayna Nazirlər Kabineti, Avropa Komissiyası və Dünya Bankı birgə hesabatında itkilər 350 milyard dollar qiymətləndirib.

KSE İnstitutunun məlumatına görə, Ukraynanın birbaşa itkiləri yayın sonunda 127 milyard dollar təşkil edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button