Dünya

PKK Türkiyədəki terror aktını öz üzərinə götürmədi

Dünən İstanbulda baş verən terror hadisəsini PKK terror təşkilatı öz üzərindən atıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Nəşrin yaydığı məlumatda PKK tərəfindən göndərilən məlumata yer verilib. Bildirilib ki, Türkiyə daxilində mülki şəxslərin hədəf alındığı hadisə onlar tərəfindən törədilməyib.

Xatırladaq ki, dünən İstanbulun İstiklal küçəsində 1999-cu il təvəllüdlü qadın terrorçu tərəfindən partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub 81 nəfər yaralanıb.

Bənzər yazılar

Back to top button