İdman

Qvardiola onun “Barselona”ya transferinə razılıq verdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi İlkay Gündoğanın “Barselona”ya getməsinə razılıq verib.

Qol.az xəbər verir ki, bu barədə”El Nacional” məlumat yayıb. Bildirilib ki, türkəsilli alman futbolçunun transferinin yanvarda reallaşması mümkündür.

Qeyd edək ki, İlkayın klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Daha əvvəl oyunçu ilə “Bavariya” və “Atletiko”nun da maraqlandığı bildirilirdi.

Bənzər yazılar

Back to top button