Siyasət

Senator Marko Rubio Qubad İbadoğlunun azad edilməsinə çağırıb

Amerikalı senator Marko Rubio Qubad İbadoğlunun azad edilməsi ilə bağlı Azərbaycan hakimiyyətinə çoxsaylı çağırışlara qoşulub.

“Azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğluna qarşı əsassız cinayət ittihamı irəli sürülüb və tibbi yardımdan məhrum edilib. Cənab İbadoğlunun yeganə “günahı” həqiqəti söyləmək olub. O, dərhal azad edilməlidir”, – o, X(keçmiş Twitter)-də yazıb.

*İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib.

Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlunu Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəlidir.

Avqustun 25-də ona qarşı “dini ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması” maddəsi ilə daha bir ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və onları absurd hesab edir.

Bir çox beynəlxalq təşkilatlar və rəsmilər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıb.(Turan)

Bənzər yazılar

Back to top button