Siyasət

İlham Əliyevin Albaniyaya dövlət səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyev bu gün Albaniyaya dövlət səfərinə gəlib, bu barədə dövlət başçısının saytında yer alan məlumatda deyilir.

Tiran hava limanında onu baş nazir müavini, infrastruktur və energetika naziri Belinda Balluku qarşılayıb.

Azərbaycan və Albaniya rəhbərləri arasında danışıqlar zamanı energetika sahəsində əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir.

Bənzər yazılar

Back to top button