İdman

Ronaldo Runinin cavabını verdi və “Mançester Yunayted”dəki vəziyyətdən danışdı

“Mənə elə gəlir ki, “Mançester Yunayted” mənə xəyanət edib. Bu müsahibəni niyə verirəm? İnsanlar həqiqəti bilməlidirlər. Bəli, özümü xəyanətə uğramış kimi hiss etdim, təkcə bu il deyil, həm də keçmişdə”.

Yeniavaz.com xəbər verir ki, bunu İngiltərənin “Mançester Yunayted” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo britaniyalı jurnalist Piers Morqana müsahibəsində deyib.

Ronaldo 90 dəqiqəlik müsahibəsində futbol dünyasında rezonans doğuran bir sıra açıqlamalar verib.

O komandanın hazırki məşqçisi Erik Ten Haqla münasibətlərin qaydasında olmadığını bildirib:

“Mən ona hörmət etmirəm, çünki o, mənə hörmət etmir. Sən mənə hörmət etməsən, mən də sənə heç vaxt hörmət etmərəm”.

Hücumçu keçmiş komanda yoldaşı, “Yunayted”in əfsanəvi oyunçusu Ueyn Runi haqqında da danışıb:

“Niyə məni bu qədər sərt tənqid etdiyini bilmirəm. Bəlkə də ona görə ki, o, artıq futbolçu karyerasını başa vurub və mən də yüksək səviyyədə oynamağa davam edirəm. Runidən daha yaxşı göründüyümü söyləməyəcəyəm. Amma bu, doğrudur”.

Portuqaliyalı superulduz komandada işlərin yaxşı getmədiyini qeyd edib:

“Ser Aleks Ferqyuson mənə “Mançester Sitiyə gedə bilməzsən” dedi və mən “Yaxşı, “Boss”” dedim. “Yunayted”ə gəldikdə burada yeni texnologiyaların, müasir simulyatorların və qabaqcıl qidalanma sisteminin olmaması məni məyus etdi. Ser Aleks gedəndən sonra klubda heç bir təkamül görmədim. Tərəqqi sadəcə sıfırdır. Təəssüf ki, yadımda qalan hər şeyi 20-23 yaşımda görmüşəm. Heç vaxt məşqçi olmayan Ralf Ranqniki idman şöbəsinə dəvət etdilər. Bu səviyyəli klubda bu necə ola bilər? Düşünürəm ki, bu, təkcə mənim üçün deyil, bütün dünya üçün sürprizdir”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button