Siyasət

Mixail Mişustin Azərbaycana səfər edəcək

Noyabrın 17-də Bakıda Azərbaycan və Rusiya hökumət başçılarının – Əli Əsədov və Mixail Mişustinin iştirakı ilə XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, forumda hər iki ölkənin hökumət üzvləri, işgüzar dairələrin və regionların nümayəndələri iştirak edəcəklər.

Forumda Azərbaycan və Rusiya arasında iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar, təhsil sahələrində, kiçik və orta biznes, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Müxtəlif sahələrdə əməkdaşlıq haqqında sənədlərim imzalanacağı gözlənilir.

Bənzər yazılar

Back to top button