Siyasət

Azərbaycan-Rusiya delimitasiya komissiyasının iclası

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on doqquzuncu iclası 14-15 noyabr tarixlərində Dərbənddə keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə “2022-ci ilə planlaşdırılan birgə tədbirlərin uğurla həyata keçirildiyi” bildirilib.

Azərbaycan-RF dövlət sərhədinin beynəlxalq-hüquqi tərtibatı işləri ilə bağlı müzakirələr aparılıb, habelə komissiyanın 2023-cü il üçün iş planı nəzərdən keçirilib və təsdiq edilib.

Görüş qarşılıqlı anlaşma şəraitində keçib.

Komissiyanın növbəti iclasının yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.

Bənzər yazılar

Back to top button