Digər

Bruno Ronaldoya salam vermək istəmədi – Video

Portuqaliya millisinin üzvü Bruno Fernandeş yığmanın düşərgəsində kapitan Kriştinao Ronaldonu soyuq qarşılayıb.

Qol.az xəbər verir ki, o, paltardəyişmə otağına girərək bütün futbolçularla görüşsə də “Mançester Yunayted”də komanda yoldaşı olan Ronaldonun üzünə baxmaq istəməyib.

Kriştiano isə buna təəcübələnib və ona əl uzadıb. Bruno hər zaman isti münasibətdə olduğu həmkarının əlini həvəssiz şəkildə sıxıb.

Bruno Fernandeşin bu davranışına səbəbin isə Ronaldonun məlum müsahibəsi olduğu ehtimal edilir. 37 yaşlı futbolçu “The Sun”a müsahibəsində “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini və ondan da hörmət görmədiyini, klubda haqsızlıqla üzləşdiyini bildirib.

Bənzər yazılar

Back to top button