İdman

“Qarabağ”ın gündəmində Besedin soyadında futbolçu yoxdur” – Açıqlama

Ukrayna mətbuatında “Qarabağ”ın Kiyev “Dinamo”sunun hücumçusu Artyom Besedinlə maraqlanması haqda xəbərlər yayılıb. Hətta Ukrayna millisinin üzvü olan 26 yaşlı hücumçunun qışda Ağdam klubuna keçmək ehtimalı olduğu bildirilib.

Ancaq “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, klubun gündəmində belə bir futbolçu yoxdur:

“Bizə təklif olunan və bizim maraq dairəmizdə olan futbolçular çoxdur. Ancaq adıçəkilən futbolçu bizim gündəmimizdə deyil. Adlarla bağlı ancaq rəsmi razılaşma əldə etdikdən sonra məlumat verə bilərik”.

Bənzər yazılar

Back to top button