GündəmHadisəManşet

Muxtar Babayevin diqqətinə: Masallıda meşə fondunun əraziləri satılıb, hazırda evlər tikilir (FOTO)

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qəriblər meşəbəyliyinin 5 və 6 saylı dolaylarında qeyri-qanuni olaraq dövlət meşə fondunda ev yeri kimi meşə torpaqları satılıb.

AzToday.az-ın əldə etdiyi məlumata görə, hazırda meşə fonduna aid ərazilərdə tikili işləri aparılır.

Ərazinin koordinatları: Ninəlov kəndində 11m×12m ölçülərində tikilən:
X-292515, Y-4317095.

Xanalyan kəndində 12m×12 m ölçülərində tikilən:
X- 294609, Y-4312430.

Məlumatlara görə, ev yeri kimi satılan ərazilər Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində çoxdur. Bu prosesdə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi merkantil maraqlar güdür.

İddialara görə, Mərkəzin direktoru Nəsimi Nəsibovun meşə fonduna aid ərazilərdə evlərin tikilməsindən xəbəri var, amma nədənsə, heç bir tədbir görmür…

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin də mövqeyini dərc etməyə hazırıq.

Evlərin görüntüsünü təqdim edirik:

 

Bənzər yazılar

Back to top button