Siyasət

Blinken Paşinyana zəng edib, sülhə çağırıb

ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Dövlət katibi “noyabrın 7-də keçirilən danışıqlardan sonra həm Ermənistan, həm də Azərbaycanın ikitərəfli sülh müzakirələrini dəstəkləmək səylərini alqışlayıb”, – sözçü Ned Prays qeyd edib.

Onun sözlərinə görə, Blinken “hər iki tərəfin danışıqlarda sürəti saxlamasının və təxribatlarlardan qaçılmasının vacibliyini vurğulayıb”.

Katib həmçinin sülh prosesini dəstəkləmək üçün konkret nəticələr üzrə davamlı irəliləyişə çağırıb, Prays əlavə edib.

Blinken ötən həftə Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovu qəbul edib.

Birləşmiş Ştatlar hesab edir ki, Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun davam etdirilməsi onların problemlərinin həlli və davamlı sülhün əldə edilməsi üçün “əsasdır”, Prays ötən həftəki görüşün yekunları barədə TURANın müxbirinə bildirib.

Bənzər yazılar

Back to top button