Dünya

“Xameneiyə ölüm” şüarı Ermənistanı qarışdırdı – Foto + Video

Qaregin Njdenin Ermənistanın paytaxtı İrəvanın mərkəzində yerləşən heykəlinin üzərinə naməlum şəxs, ya da şəxslər fars dilində “Xameneiyə ölüm” sözlərini yazıblar.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu məlumat ölkədə ciddi müzakirələrə səbəb olub.
Ermənistanda sosial şəbəkə istifadəçiləri və mətbuat iddia edir ki, belə bir sözün Qaregin Njdenin heykəlinin üzərinə yazılması təsadüfi ola bilməz və bunu İrandan gələn azərbaycanlılar edib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən çıxışı zamanı İrəvanda Qaregin Njdeyə heykəl qoyulmasını sərt şəkildə pisləyib. Prezident bildirib ki, Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə qoyub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button