İqtisadiyyat

Türkiyədən ev alan azərbaycanlıların sayı açıqlandı – Rəsmi

Bu ilin ilk 10 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 087 mənzil satın alıblar.

Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 99 mənzil alıblar.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha çox mənzil alıblar. Belə ki, 2021-ci ilin ilk 10 ayında 1 140, oktyabr ayında isə 120 mənzil satın alınıb.

Onu da bildirək ki, son 8 ildə Azərbaycan vətəndaçları Türkiyədən ümumilikdə 8 min 693 mənzil alıblar:

İllər Mənzillərin sayı
2015 815
2016 610
2017 942
2018 1 250
2019 1 191
2020 1 279
2021 1517
2022
Yanvar-Oktyabr
1 087
Cəmi 8 693

Onu da bildirək ki, bu ilin ilk 10 ayı ərzində Türkiyədən ən çox Rusiya (11 min 334 mənzil), İran (7 min 38 mənzil), İraq (5 min 565 mənzil), Almaniya (2 min 269 mənzil), Qazaxıstan (2 min 245 mənzil) və Ukrayna (1 991 mənzil) vətəndaşları ev alıb.

Ötən illə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin artıb. Müqayisə üçün bildirək ki, ötən ilin 10 ayı ərzində Rusiya vətəndaşları Türkiyədən 3 min 658 mənzil alıb. Ötən ilin avqust ayında ruslar Türkiyədən 543 mənzil aldıqları halda bu ilin avqust ayında 2 023 mənzil alıblar.

Bənzər yazılar

Back to top button