İdman

DÇ-2022-yə ən çox futbolçu göndərən klub

Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında ən çox futbolçu ilə təmsil olunacaq klubların adları bəllidir.

Aut.Az xəbər verir ki, bu göstəricidə lider “Bayern Münhen”dir.

Almaniya nəhənginin 17 oyunçusu 8 müxtəlif yığmanın heyətində mundiala qatılıb.

Tam siyahı belədir:

Lukas Hernandes, Dayo Yupamekano, Benjamen Pavar, Kinqsli Koman (hamısı Fransa), Manuel Noyer, Leon Qoretska, Serj Qnabri, Leroy Zane, Camal Musiala, Yozua Kimmix, Tomas Müller (hamısı Almaniya), Erik Şupo-Motinq (Kamerun), Alfonso Devis (Kanada), Yosip Stanişiç (Xorvatiya), Nussayr Mazraui (Mərakeş), Matteys de Liqt (Niderland), Sadio Mane (Seneqal).

DÇ-2022-də “Mançester Siti” və “Barselona”nın hərəyə 16, “Mançeseter Yunayted”in 14, “Real Madrid”in 13 futbolçusu çıxış edəcək. Daha 9 klub isə dünya birinciliyinə 10 və daha artıq oyunçu göndərib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button