İdman

Qətər millisinin baş məşqçisi: “Ardıcıl dörd dəqiq ötürmə belə verə bilmədik”

Qətər millisinin baş məşqçisi Feliks Sançes DÇ-2022-də Ekvador yığması ilə açılış oyunundan (0:2) sonra fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o deyib: Ümid edirəm ki, növbəti matçda azarkeşlərimizi sevindirəcəyik. Komandamın daha çox şeyə qadir olduğunu bilirəm.

Atmosfer heyrətamiz idi, əsl bayram başladı. Təəssüf ki, buna uyğun gələ bilmədik. Bu matçdan dərs çıxarmağa çalışacağıq. Matça pis başladıq, rəqib tam nəzarətdə idi. Ardıcıl dörd dəqiq ötürmə belə verə bilmədik”.

Mütəxəssis stadiondakı mühitin əvvəlcə komandaya təzyiq göstərdiyini söyləyib: “Bu da oyuna təsir etdi. VAR olmasaydı, oyunun başlamasından üç dəqiqə sonra hesabda geri düşəcəkdik. Rəqib bizi bütün aspektlərdə üstələdi”.

Bənzər yazılar

Back to top button