İqtisadiyyatManşet

Amerikalı ekspert Azərbaycan iqtisadiyyatına investisiyalar üçün prioritet sahələri açıqlayıb

Azərbaycanda neft-qaz, kənd təsərrüfatı, texnologiyalar və digər sahələrə investisiya qoyulması üçün imkanlar var. Bu barədə amerikalı investor, Dünya Bankının ilkin maliyyələşdirmə və özəl investisiyalar üzrə eksperti Patrik Makginnis dünən ABŞ səfirliyində azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, neft Azərbaycanın iqtisadi inkişafında əsas amildir.

Azərbaycanda səfərdə olan Dünya Bankının ilkin mərhələdə maliyyələşdirmə və özəl sərmayələr üzrə eksperti Patrik Makginnis bildirib.

O qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafında neft əsas amildir.

“Lakin indi dünyanın bir çox ölkəsində başa düşürlər ki, gələcək rəqəmsal texnologiyalarındır”, – ekspert deyib.

Onun fikrincə, Azərbaycanda biznes üçün normal şərait var.

Azərbaycan iqtisadiyyatında hansı sektorların ən perspektivli olması və hansı sahələrə investisiya qoyuluşunun sərfəli olması barədə sualı şərh edən ekspert qeyd edib ki, “neft-qaz sektorunda, eləcə də kənd təsərrüfatı texnologiyalarında maraqlı imkanlar var”.

Makginnis informasiya texnologiyaları sahəsini də qeyd edib.

“İnformasiya texnologiyaları bu regionda ən maraqlı istiqamətlərdən biridir. Azərbaycanda bir çox şirkətlər bu sahə ilə maraqlanır və informasiya texnologiyaları onların diqqət mərkəzindədir”, – ekspert qeyd edib.

O həmçinin sahibkarlığa dövlət dəstəyini mühüm amil adlandırıb.

“Hökumətin ölkənin təhsil sisteminin texniki imkanlara malik adamların uğurunu təmin etməsi məsələsinə diqqət yetirməsi vacibdir”, – ekspert hesab edir.(Turan)

Bənzər yazılar

Back to top button