Cəmiyyət
Azərbaycan əhalisinin sayı açıqlandı

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 48 min 408 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 204 min 774 nəfərə çatıb.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni qalıb.