İdman

Bruno Fernandeş: “Ronaldonu tənqid edəndə daha yaxşı oynayır”

Portuqaliya millisinin üzvü Bruno Fernandeş DÇ-2022-nin ilk turunda Qana ilə oyundan (3:2) sonra komanda yoldaşlı Kriştiano Ronaldo haqda danışıb.

Qol.az xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi ESPN-ə açıqlamasında son zamanlar tənqid olunan 37 yaşlı hücumçunun bu durumda daha yaxşı oynadığını bildirib:

“Düşünürəm ki, Kriştiano tənqid olunmağı sevir. Ona görə də hamınızdan belə işləməyə davam etməyinizi xahiş edirəm. Siz bunu edəndə Ronaldo ən yaxşı oyununu göstərir”.

Fernandeş qeyd edib ki, Ronaldo ilə millidə və klubda birlikdə oynamaq onun xəyalı olub: ”Bu, heyrətamiz bir şeydir. Biz hələ də onunla millidə komanda yoldaşıyıq. Mənim üçün əsas odur ki, Portuqaliya turnirdə əlindən gələni etsin. Çünki bunu etsək, o zaman Kriştiano da xoşbəxt olacaq, mən də. Ümumiyyətlə, Portuqaliyada hamı xoşbəxt olacaq”.

Xatırladaq ki, ötən gün Qana ilə görüşdə penaltidən qol vuran Ronaldo matçın ən yaxşı oyunçusu seçilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button