Cəmiyyət

Azərbaycanda evlənən hər 4 nəfərdən biri boşanıb – Rəsmi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 45 min 321 nikaha daxilolma və 11 min 819 boşanma halları qeydə alınıb.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1875 nəfər gələn, Azərbaycandan isə 707 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 1168 nəfər təşkil edib.

Bənzər yazılar

Back to top button